Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan neftinin qiyməti 81 dolları keçib - BBN

Azərbaycan neftinin qiyməti 81 dolları keçib

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

BBN.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3.19 dollar, yaxud 4.1% artaraq 81.5 dollar olub. Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 76,98 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.

Related posts

SoftBank-dən nəhəng maliyyə addımı: OpenAI səhmləri qarşılığında 10 milyard dollarlıq kredit götürüldü!

Neft bazarında kəskin artım davam edir: İranın Hörmüz təşəbbüsü qiymətləri sərt şəkildə yuxarı qaldırır!

Mizuho Amerika bazarları üzrə “Top Picks” siyahısını yenilədi: Yüksək inam doğuran yeni səhm ideyaları açıqlandı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı