Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,84 ABŞ dolları, yaxud 0,94 % azalaraq 88,59ABŞ dolları təşkil edib.
BBN.az bu barədə neft bazarındakı mənbəyə istinadən xəbər verir .
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 83,70 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75ABŞ dollarından hesablanıb.