Azərbaycan neftinin qiyməti 89 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,68 ABŞ dolları, yaxud 0,8 % artaraq 89,27 ABŞ dolları təşkil edib.

BBN.az bu barədə  neft bazarındakı mənbəyə istinadən xəbər verir.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 85,43 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Related posts

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Yanvar-fevral aylarında 8,1 milyard kubmetr təbii qaz hasil edilib

Nyu-York birjasında təbii qaz bahalaşıb