Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
IMF: Yaxın Şərqdə uzunmüddətli münaqişə bazarlara və iqtisadi artıma ciddi təsir göstərə bilər - BBN

IMF: Yaxın Şərqdə uzunmüddətli münaqişə bazarlara və iqtisadi artıma ciddi təsir göstərə bilər

Beynəlxalq Valyuta Fondu (IMF) Yaxın Şərqdəki uzunmüddətli hərbi münaqişənin qlobal bazarlara və iqtisadiyyata ciddi zərbə vura biləcəyini bildirib. Bu barədə IMF-in direktoru Kristalina Georgiyeva martın 9-u Yaponiyada çıxışı zamanı bildirib.

O vurğulayıb ki, yeni münaqişə uzunmüddətli olarsa, bazar, iqtisadi artım və inflyasiyaya mənfi təsir göstərəcək və hökumətlərin üzərinə yeni vəzifələr qoyacaq. Direktor əlavə edib ki, sarsılmalar münaqişə başa çatdıqdan sonra da yarana bilər və qeyri-müəyyənliyin davam etməsi ehtimal olunur: “Bu yeni qlobal vəziyyətdə ağlasığmaz olanlar barədə fikirləşmək və ona hazırlaşmaq lazımdır”.

K.Georgiyeva çıxışını neftin bir bareli üçün təxminən 120 dollara yüksəldiyi və daha sonra Yaxın Şərqdə münaqişənin eskalasiyası, eləcə də neft nəqli marşrutları və qlobal enerji infrastrukturu üzərində artan təzyiq fonunda yenidən aşağı düşdüyü vaxt edib.

IMF direktoru həmçinin bildirib ki, münaqişə səbəbindən Hörmüz boğazı vasitəsilə gəmiçilik həcmi 90% azalıb, bu isə qlobal enerji bazarına ciddi təsir göstərir.

Related posts

ING Group: Neft bahalaşarsa, Azərbaycanda profisitlər güclənə bilər

Qazaxıstan Azərbaycan və Özbəkistanla “yaşıl enerji” sahəsində sazişi təsdiqləyib

SOCAR-ın Müşahidə Şurasının tərkibi dəyişdirildi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı