Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan nüfuzlu reytinqdə Mərkəzi Asiya üzrə “Ən böyük qlobal irəliləyiş” mükafatına layiq görülüb - BBN

Azərbaycan nüfuzlu reytinqdə Mərkəzi Asiya üzrə “Ən böyük qlobal irəliləyiş” mükafatına layiq görülüb

İnnovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün “StartupBlink Startup Ecosystem Awards” reytinqinin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, Azərbaycanın innovasiya ekosistemi Mərkəzi Asiya üzrə “Ən böyük qlobal irəliləyiş” mükafatına layiq görülüb. Belə ki, Azərbaycan son reytinqdə 6 pillə irəliləyərək bu kateqoriyada Mərkəzi Asiya ölkələri arasında ən yüksək göstəriciyə nail olub.

“Ən böyük qlobal irəliləyiş” mükafatı Azərbaycanın innovasiya siyasəti operatoru İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) təqdim edilib. “StartupBlink”in hesabatında qeyd edilir ki, İRİA-nın fəaliyyəti nəticəsində ölkədə innovasiya infrastrukturu və startap siyasəti əhəmiyyətli dərəcədə inkişaf edib. Bundan əlavə, İRİA-nın innovasiya sahəsində liderliyi və dayanıqlı startap ekosistemi quruculuğu vurğulanıb.

Qeyd edək ki, “StartupBlink Startup Ecosystem Awards” hər il dərc edilən və “StartupBlink” platformasının qlobal alqoritmlərə əsaslanan innovasiya reytinqidir. Builki reytinqdə 18 ölkə arasından 40 parametr əsasında seçilmiş 22 ekosistem mükafatlara layiq görülüb.

Related posts

2025-ci ildə 59 mikro və kiçik sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib

“Startup School 3” layihəsinin 4 məzunu Silikon Vadisində keçiriləcək “Entrepreneurship Olympiad”larında ödənişsiz iştirak edəcək

Daha 18 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı