Azərbaycan orta aylıq pensiya məbləğinə görə ilk yerə yüksəlib

Sosial islahatlar nəticəsində ölkəmizdə pensiyalarda artım dinamikasının nəticəsi olaraq, orta aylıq pensiyanın beynəlxalq dollar ifadəsində məbləğlərinin MDB ölkələri, Gürcüstan və Ukrayna üzrə müqayisəli sıralamasında Azərbaycan artıq ikinci yerdən birinci  yerə yüksəlib.

Eyni zamanda, ölkəmiz minimum və orta aylıq pensiya göstəricilərinin Alıcılıq Qabiliyyəti Pariteti əsasında hesablanmış dollar ifadəsində həmin sıralamada ilk yeri tutmaqda davam edir.

Minimum aylıq əməkhaqqının da dollar ifadəsində məbləği və Alıcılıq Qabiliyyəti Pariteti üzrə müqayisəsində qeyd olunan sıralamada ölkəmiz 4-cü yerdən 3-cü yerə yüksəlib.

Related posts

7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qeydiyyatına start verilib

İqtisadiyyat Nazirliyində “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı