Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan ötən ay mobil internetin sürətinə görə 6 pillə geriləyib - BBN

Azərbaycan ötən ay mobil internetin sürətinə görə 6 pillə geriləyib

2022-ci ilin dekabr ayında Azərbaycan mobil internetin sürətinə görə 141 ölkə arasında 34.93 MB/S sürətlə 61-ci yerdə qərarlaşıb

BBN.az xəbər verir ki, bu barədə “Speedtest Global Index”in hesabatında bildirilir.

Bu ilin oktyabr ayında Azərbaycan mobil internetin sürətinə görə 111 ölkə arasında 55,90 MB/S sürətlə 54-cü yerdə qərarlaşıb. Azərbaycan sentyabr ayı ilə müqayisədə mövqeyində 6 pillə geriləyib.

Mobil internetin sürətinə görə birinci yerdə Qatar 169.51 MB/S sürətlə, sonuncu 141-ci yerdə isə Əfqanıstan (5.18 MB/S) qərarlaşıb.

Məlumatda deyilir ki, ötən ilin sonuncu ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 116-cı yerdə qərarlaşıb ki, bu isə noyabr ayı ilə müqayisədə 2 pillə irəliləməkdir. Dekabrda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 27.15 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 178 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Sinqapur (225.71 MB/S), sonuncu yerdə isə Kuba (1.91 MB/S) qərarlaşıb.

Related posts

Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Yelo Bank A4 kağızın alışına dair açıq tender elan edir

AccessBank QSC Crowdstrike Falcon Platform tenderi elan edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı