2022-ci ilin dekabr ayında Azərbaycan mobil internetin sürətinə görə 141 ölkə arasında 34.93 MB/S sürətlə 61-ci yerdə qərarlaşıb
BBN.az xəbər verir ki, bu barədə “Speedtest Global Index”in hesabatında bildirilir.
Bu ilin oktyabr ayında Azərbaycan mobil internetin sürətinə görə 111 ölkə arasında 55,90 MB/S sürətlə 54-cü yerdə qərarlaşıb. Azərbaycan sentyabr ayı ilə müqayisədə mövqeyində 6 pillə geriləyib.
Mobil internetin sürətinə görə birinci yerdə Qatar 169.51 MB/S sürətlə, sonuncu 141-ci yerdə isə Əfqanıstan (5.18 MB/S) qərarlaşıb.
Məlumatda deyilir ki, ötən ilin sonuncu ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 116-cı yerdə qərarlaşıb ki, bu isə noyabr ayı ilə müqayisədə 2 pillə irəliləməkdir. Dekabrda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 27.15 MB/S olub.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 178 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Sinqapur (225.71 MB/S), sonuncu yerdə isə Kuba (1.91 MB/S) qərarlaşıb.