Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

17 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin tədavül müddəti 8640 gün, nominal dəyəri 1000 manat olan AZ2085008681 ISIN-li, 30,000,000 manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 3 %, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edir.

Hərrac qiyməti 1002,8333 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 30,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

İstiqrazların  ödəmə tarixi 9 noyabr 2047-ci ildir.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.

Related posts

AYİB Azərbaycanda mikro, kiçik və orta sahibkarlığa dəstək üçün AccessBank ilə əməkdaşlığa başlayıb: Yerli biznesin rəqabət qabiliyyətini artırmaq üçün $10 mln kredit

“PAŞA Bank”ın dəstəyi ilə Azərbaycan xalçaları Riqada nümayiş olunub

VTB Bakıda Moskva teatrı “Petr Fomenko Emalatxanası”nın tamaşasına dəstək oldu

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı