Yaşıl Taksonomiya iqtisadi sektorlar üzrə yaşıl fəaliyyət növlərinin, alt növlərinin və onların texniki təsnifat meyarlarının müəyyən edilməsi üzrə təsnifat sistemini əhatə edir.
Yaşıl Taksonomiya ölkədə dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına, daxili və xarici resursların yaşıl və dayanıqlı layihələrə yönəldilməsinə, iqlim dəyişikliyindən yaranan risklərin tənzimlənməsinə, aşağı karbon iqtisadiyyatına keçid ilə bağlı yaranan fürsətlərdən istifadə edilməsinə, həmçinin mal və xidmətlərin ixracı sahəsində ixtisaslaşan müəssisələrin fəaliyyətinin dəstəklənməsinə xidmət edəcəkdir.
Yaşıl Taksonomiya ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz:
https://uploads.cbar.az/assets/af4de2d4855040af5f25af0b5.pdf