Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə yenilənmiş 1 manatlıq kağız pul nişanları buraxılır

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları 18 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.

İmza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilmişdir. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilmişdir.

Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılmışdır.

Yenilənmiş 1 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaqdır.

Banknotun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.

Related posts

Kredit portfelinin dinamikasına görə bankların – RENKİNQİ

Aktivlərin dinamikasına görə bankların – RENKİNQİ

Balans kapitalının dinamikasına görə bankların – RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı