Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

22 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2184024704 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,648.7843 (7.8%) manat və 9,657.4813 (7.6%) olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği

28,440,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,653.1308 (7.7%), orta ölçülmüş qiyməti 9,654.5667 (7.67%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 08.05.2024-cü ildir.

 

Related posts

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 32 il keçir

14.08.2024 tarixinə AZIR İNDEKSLƏRİ

“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı