Azərbaycan Respublikasının Mərkəzi Bankının 252 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

18 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2242024704 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,4509.0256 (8.3%) manat və 9,5202.00 (7.2%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 28,900,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,4766.07 (7.89%) manat və orta ölçülmüş qiyməti 9,4861.4296 (7.74%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 26.12.2024-cü ildir.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı