Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

6 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2223024707 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 99,324.8120 (8.74%) manat və 99,500.8375 (6.45%) olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 45,600,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,446.9644 (7.15%) manat və orta ölçülmüş qiyməti isə 99,482.8943 (6.68%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 03.04.2024-cü ildir.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı