Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Respublikasının Mərkəzi Bankının 84 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Azərbaycan Respublikasının Mərkəzi Bankının 84 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

7 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2224024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98,370.3315(7.1%) manat və  98,462.9927 (6.69%) manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 37,900,000  manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,370.3315 (7.10%) manat, orta ölçülmüş qiyməti isə 98,430.8725 (6.83%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 30.05.2024-cü ildir.

Related posts

Yanvarda icmal büdcədə 2,7 milyard manata yaxın profisit yaranıb

Yanvarda dövlət büdcəsində 2,7 milyard manatdan çox profisit yaranıb

Dövlət əmlakının icarəsindən büdcəyə 4,9 milyon manat daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı