Mərkəzi Bank Notlarının Hərracı barədə məlumat
16 və 17 iyul 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri:
| Notun müddəti (gün) | İSİN | Hərrac tarixi | Hərraca çıxarılan məbləğ (manat) | Nominal | Miqdar | Notun ödəniş tarixi |
|---|---|---|---|---|---|---|
| 28 | AZ2479024708 | 16.07.2025 | 20,000,000 | 100,000 | 200 | 13.08.2025 |
| 84 | AZ2478024709 | 17.07.2025 | 20,000,000 | 100,000 | 200 | 09.10.2025 |
| 168 | AZ2477024700 | 16.07.2025 | 10,000,000 | 100,000 | 100 | 31.12.2025 |
| 252 | AZ2476024701 | 17.07.2025 | 10,000,000 | 100,000 | 100 | 26.03.2026 |
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən yalnız 1 rəqabətli sifariş təqdim edilə bilər və sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.
Hərracda iştirakçı sayı tələbi mövcud deyil.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.