Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

1 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2003024703 dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 98.1675 (4%) və 98.6193 (3%) olan 10 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75,878,100.00 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 98.6193 (3%) olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir.
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.
Notların ödəmə tarixi 16.11.2022-ci ildir.

Related posts

Bakı Fond Birjasının nümayəndə heyəti Böyük Britaniyaya işgüzar səfər edib

Dow Jones fyuçersləri yüksəldi – texnologiya nəhəngləri diqqət mərkəzində

ABŞ birja fyuçersləri gerilədi – bazar FED siqnallarını gözləyir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı