Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjasının nümayəndə heyəti Böyük Britaniyaya işgüzar səfər edib - BBN

Bakı Fond Birjasının nümayəndə heyəti Böyük Britaniyaya işgüzar səfər edib

16–18 fevral 2026-cı il tarixlərində “Bakı Fond Birjası”nın (BFB) nümayəndə heyəti London şəhərinə işgüzar səfər edib.

Səfər çərçivəsində BFB nümayəndələri Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin nümayəndələri ilə birgə London Fond Birjasında görüşdə iştirak ediblər. Görüş zamanı dayanıqlı maliyyə alətləri, karbon sertifikatları və yaşıl istiqrazlar üzrə beynəlxalq təcrübə, eləcə də bu istiqamətdə bazar infrastrukturunun inkişafı imkanları müzakirə olunub.

Tərəflər qlobal maliyyə bazarlarında ESG prinsiplərinin tətbiqi, yaşıl maliyyə mexanizmlərinin təşviqi və karbon bazarlarının formalaşdırılması üzrə mövcud yanaşmalar barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, Azərbaycanın kapital bazarında dayanıqlı maliyyə alətlərinin inkişaf perspektivləri və mümkün əməkdaşlıq istiqamətləri diqqət mərkəzində olub.

Bakı Fond Birjası beynəlxalq təcrübənin öyrənilməsi və dayanıqlı maliyyə alətlərinin yerli bazarda tətbiqi istiqamətində fəaliyyətini davam etdirir.

Related posts

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Bank və ticarət sektorları nağdsız ödənişlərin inkişafı üzrə əməkdaşlığı genişləndirir

Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 (IFBS 2026) uğurla başa çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı