Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Mərkəzi Bankın 30 milyon manat həcmində 84 gün tədavül müddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Mərkəzi Bankın 30 milyon manat həcmində 84 gün tədavül müddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

14 dekabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2050024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 98.6538(5.85%) manat və 98.9381 (4.60%) manat olan 10 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği

26,021,100 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.6538 (5.85%) manat, orta ölçülmüş qiyməti isə  98.8054 (5.18%) manat  olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 26,021,100  manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 08.03.2023-cü ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Related posts

Wall Street-də nikbinlik: Zəif əmək bazarı göstəriciləri “faiz artımı” qorxusunu azaldıb

Bitcoin 61 min dolları geridə qoydu: İnvestorların FED gözləntiləri dəyişir

Qızıl bazarı nəfəs dərdi: ABŞ-dan gələn zəif məlumatlar qiymət artımını dəstəkləyir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı