Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

19 aprel 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2070024701 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9816.7539 (8%) manat və 9886.0468 (4.94%) manat olan 13 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 35,430,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9821.9285 (7.77%) manat, orta ölçülmüş qiyməti isə 9841.5266 (6.9%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. Notların ödəmə tarixi 12.07.2023-cü ildir.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı