Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə MƏLUMATI

Bir sıra saxta sosial şəbəkə hesablarda edilən paylaşımlar vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından guya vətəndaşların ölkənin bank sektoruna investisiya qoymağa təşviq edən videomüraciət yayılmışdır. Bildiririk ki, qeyd olunan videomüraciət “deep-fake” texnologiyası ilə hazırlanmışdır və heç bir reallığı əks etdirməyən saxta məlumatdır.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatəsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
“Deep-fake” texnologiyalarından istifadə edərək hazırlanmış qeyd olunan saxta və yalan videomüraciət, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Daha 149 mənzil satmaq öhdəliyi ilə kirayə şərtləri ilə vətəndaşlara təqdim edilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı