Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Almaniyanın Kiçik və Orta Müəssisələr Assosiasiyası arasında Anlaşma Memorandumu imzalandı

Bu il martın 2-də Berlin şəhərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Almaniyanın Kiçik və Orta Müəssisələr Assosiasiyası (BVMW) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memoranduma ASK-nın Almaniya Federativ Respublikası üzrə səlahiyyətli nümayəndəsi Elnur Hüseynov, BVMW-dən isə qurumun sədri Markus Jerger qol çəkiblər.

Sənədə əsasən, Azərbaycan ilə Almaniya arasında investisiya qoyuluşunun, eləcə də iqtisadi əlaqələrin genişləndirilməsi qurumlar tərəfindən təşviq ediləcək, hər iki ölkədə mövcud olan investisiya layihələri, təlimlər, biznes missiyalar, sərgilər və s. haqqında məlumatlar bölüşüləcək, biznes səfərlər təşkil ediləcək, qarşılıqlı maraq doğuran layihələr birgə işləniləcəkdir.

Qeyd edək ki, hazırda ASK-nın 22 ölkədə daimi nümayəndəliyi aktiv fəaliyyət göstərir.

Almaniyanın Kiçik və Orta Müəssisələr Assosiasiyası (BVMW) bu ölkənin kiçik və orta biznes subyektlərinin birləşdirən ən iri təşkilat kimi 1975-ci ildə təsis edilib, hazırda 900 mindən çox sahibkarlıq subyektini özündə birləşdirir. Təşkilat kiçik və orta biznes subyektlərinin maraqlarını Almaniyada təmsil etməklər yanaşı, hökumətin və sahəvi həmkarlar ittifaqlarının sosial tərəfdaşı kimi böyük nüfuza malikdir.

Related posts

“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib

Aqrar sığorta mexanizmi – üçüncü şəxslərin hərəkətlərindən dəyən zərərə görə sığorta müqaviləsi bağlayın!

ARDNF 2024-cü ilin ilk 6 ayı üzrə investisiya fəaliyyətini açıqladı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı