Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Tacikistan Respublikası Ticarət ve Snaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Bu il aprelin 4-də Düşənbə şəhərində Tacikistan-Azərbaycan biznes-forumu keçirilib. Forumda Azərbaycanın İqtisadiyyat nazirliyinin rəsmi nümayəndə heyəti və sahibkarlarımız iştirak ediblər.

Tacikistan Respublikasının İnvestisiya üzrə Komitəsinin sədri Sadi Kodirzodanın rəhbərliyi ilə keçən forumda Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Tacikistan Respublikası Ticarət ve Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədə əsasən, Azərbaycan ilə Tacikistan arasında investisiya qoyuluşunun, eləcə də iqtisadi əlaqələrin genişləndirilməsi qurumlar tərəfindən təşviq ediləcək, hər iki ölkədə mövcud olan investisiya layihələri, təlimlər, biznes missiyalar, sərgilər və s. haqqında məlumatlar bölüşüləcək, biznes səfərlər təşkil ediləcək, qarşılıqlı maraq doğuran layihələr birgə işləniləcəkdir.

Related posts

7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qeydiyyatına start verilib

İqtisadiyyat Nazirliyində “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı