Azərbaycan sahibkarları almaniyalı iqtisadi ekspertlərlə görüşüblər

Berlin şəhərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Almaniyadakı nümayəndəliyi ilə Almaniya-Avrasiya İqtisadi Birliyi (AAİB) arasında görüş keçirilib.

Görüşdə ASK-nı qurumun Almaniya üzrə nümayəndəsi Elnur Hüseynov, alman tərəfini isə AAİB-nin icraçı direktoru Hanno Ştöker təmsil ediblər.

Görüşdə Elnur Hüseynov bildirib ki, Azərbaycana investisiya qoyuluşuna maraq getdikcə artır. Bununla bərabər, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır.

Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, il ərzində müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edib, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənib, yeni sənaye sahələri yaradılıb.

Hanno Ştöker bildirib ki, Almaniya sahibkarlarının Azərbaycana marağı və investisiya istəyi az deyil. Buna real şərait, zəmin və müvafiq çağırış da var. Mövcud potensialın dəyərləndirilməsi üçün Almaniya şirkətlərinin məlumatlandırılması, bu səpkidə müxtəlif tədbirlərin həyata keçirilməsi razılaşdırılıb.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı