Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev vəzifəsindən ayrılıb.
BBN.az xəbər verir ki, bu barədə E. Mirsalayev özü məlumat verib.
Məlumata görə, qurumun yeni icraçı direktoru vəzifəsinə Abas Miskərli təyin edilib.
Qeyd edək ki, Abas Miskərli yeni vəzifəsinə qədər 20 ilə yaxın müddətdə müxtəlif sığorta şirkətlərində rəhbər vəzifələrdə çalışıb.