Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan şirkətləri beynəlxalq sərgidə mükafata layiq görülüb - BBN

Azərbaycan şirkətləri beynəlxalq sərgidə mükafata layiq görülüb

Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsulları Rusiyanın Moskva şəhərində keçirilən “Prodexpo 2020” beynəlxalq ərzaq sərgisində nümayiş olunub.

Sərgi çərçivəsində Azərbaycanlı sahibkarlar xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilələr bağlayıblar. Belə ki, “Balxurma” şirkəti qurudulmuş xurma məhsullarının Taylanda ixracına dair müqavilə imzalayıb. Bundan başqa, Göygöl Şərab Zavodu şərab və brendinin Litvaya, “Tac-Gülüstan” şirkəti mineral su və limonad məhsullarının Yaponiyaya ixracına,  “Az-Granata” şirkəti Rusiyada spirtli içkilərin idxalı ilə məşğul olan şirkət ilə distributorluq müqaviləsinin bağlanmasına dair razılıq əldə edib.

Sərgidə məhsulları xarici şirkətlərin və sərgi ziyarətçilərinin böyük marağına səbəb olan Azərbaycan şirkətləri –  “Karaca” və “Azərstar” “Ən yaxşı müəssisə” mükafatına, “Caspian coast” şirkəti isə 1 gümüş, 1 bürünc medala layiq görülüb.

Related posts

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi növbəti dəfə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub

Maliyyə Nazirliyi “e-müqavilə” altsisteminin tətbiqinə başlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı