Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi növbəti dəfə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub - BBN

Azərbaycanın nəqliyyat sahəsindəki təcrübəsi növbəti dəfə beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub

Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Strateji baxışa əsaslanan nəqliyyat planlaşdırılması: siyasətçilər üçün bələdçi” adlı beynəlxalq hesabatında Azərbaycanın nəqliyyat sahəsində həyata keçirdiyi islahatlar müsbət təcrübə kimi qeyd olunub.

Hesabatda vurğulanıb ki, müasir nəqliyyat planlaşdırılması yalnız infrastruktur layihələri ilə məhdudlaşmamalı, uzunmüddətli strateji baxışa əsaslanmalıdır. Bu yanaşma çərçivəsində ölkələrə nəqliyyat sistemlərini daha dayanıqlı, əlçatan və effektiv etmək üçün institusional koordinasiyanın gücləndirilməsi, maliyyə mexanizmlərinin təkmilləşdirilməsi və məlumat əsaslı qərarvermənin tətbiqi tövsiyə olunur.

Hesabatın “Planlaşdırma alətləri” bölməsində 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Nəqliyyatı Əlaqələndirmə Şurası xüsusi qeyd olunub. Bildirilib ki, Şura müxtəlif dövlət qurumları arasında koordinasiyalı fəaliyyəti təmin edir.

Eyni zamanda “Resursların səfərbər edilməsi və koordinasiya üzrə praktiki nümunələr” bölməsində Azərbaycanın daha bir təşəbbüsü – “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu uğurlu maliyyələşdirmə modeli kimi təqdim olunur. 2025-ci ildə yaradılan bu fond ictimai nəqliyyat xidmətlərinin davamlılığını, keyfiyyətini və təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Qeyd olunan yanaşmalar Azərbaycanın nəqliyyat sektorunda idarəetmənin təkmilləşdirilməsi, maliyyə dayanıqlığının gücləndirilməsi və sistemli planlaşdırma prinsiplərinin tətbiqi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin beynəlxalq səviyyədə tanındığını göstərir. Bu uğur, eyni zamanda ölkənin daha dayanıqlı, inteqrasiya olunan və gələcəyə yönələn nəqliyyat sisteminin qurulması istiqamətində atdığı addımların əhəmiyyətini növbəti dəfə təsdiqləyir.

Related posts

Yanvar-aprel aylarında Çin ilə ticarət dövriyyəsinin həcmi 1,5 milyard dolları üstələyib

Sinqapur iqtisadiyyatından güclü siqnal: Qeyri-neft ixracatı gözləntiləri aşaraq 24,5% artdı!

Yaponiya bank nəhəngindən tarixi rekord: MUFG-nin mənfəəti kəskin artdı, səhmləri bahalaşdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı