Azərbaycan Standartlaşdırma İnstitutu və Bank Tədris Mərkəzi arasında əməkdaşlığa dair Memorandum imzalanıb

27 yanvar 2023-cü il tarixində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Bank Tədris Mərkəzi arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

Sənədi AZSTAND-ın Baş direktoru İlham Bayramov və mərkəzin rəhbəri Əzizağa Haxverdiyev imzalayıb.

Memorandum çərçivəsində tərəflər arasında daha sıx işgüzar əlaqələrin qurulması, beynəlxalq standartlar əsasında müxtəlif mövzulara dair seminarlar və təlimlərin keçirilməsi, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində mövcud işlərin, fəaliyyətlərin təşkili və təkmilləşdirilməsi nəzərdə tutulub.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı