Azərbaycan startapları kraudfandinqə çıxarılacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə elan etdiyi “Kraudfandinq”-ə dəstək müsabiqəsinin ilk mərhələsi yekunlaşıb. Artıq ilk mərhələnin qalibləri müəyyən olunub. Qeyd edək ki, EnterpriseAzerbaijan portalı Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə Azərbaycanın innovativ və orijinal startaplarına KİCKSTARTER platformasında ən yüksək səviyyədə təmsil olunma imkanı təqdim edir. Bu məqsədlə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan portalının Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə həyata keçirdiyi müsabiqənin qaliblərinə marketinq, biznes dəstəyi və peşəkar təqdimatın hazırlanmasında dəstək göstəriləcək. Növbəti mərhələdə layihələr beynəlxalq kraudfandinq platforması olan ”Kickstarter”-də yerləşdiriləcək. Bununla da kraudfandinq kampaniyasına start veriləcək.

Artıq ilk mərhələni keçən 10 innovativ və orijinal startap layihələrimünsiflər heyətinə təqdim olunub.Onların sırasından onlayn formatda video müsahibədən sonra 5 qalib komandaseçilib.

Müsabiqədə iştirak edən bütün komandalara uğurlar və nailiyyətlərinin davamlı olmasını arzulayırıq!

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı