Azərbaycan süni intellekt tətbiqinə hazırlıq indeksində 70-ci pilləyə yüksəlib

“Oxford Insights” şirkətinin 2025-ci il üçün hazırladığı hökumətlərin süni intellektin (AI) tətbiqinə hazırlıq indeksinə əsasən, Azərbaycan reytinqdə 111-ci pillədən 70-ci pilləyə yüksəlib.

BBN.az xəbər verir ki, ölkənin ümumi balı 48,96 təşkil edib. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 39,92 olub.

İndeks çərçivəsində Azərbaycan aşağıdakı kateqoriyalar üzrə ballar toplayıb:

  • Dövlət siyasəti potensialı – 53,5

  • AI infrastrukturu – 46,21

  • İdarəetmə – 50

  • Dövlət sektorunda AI-nin tətbiqi – 66,97

  • İnkişaf və yayılma – 34,73

  • Dayanıqlıq – 58,27

Azərbaycan süni intellekt tətbiqi indeksində Cənubi Qafqaz ölkələri arasında lider, Mərkəzi Asiya ölkələri arasında isə üçüncü yerdədir. Müsabiqədə digər ölkələrin mövqeləri belədir:

  • Ermənistan – 37,17 bal (108-ci yer)

  • Gürcüstan – 43,1 bal (84-cü yer)

  • Qazaxıstan – 55,86 bal (60-cı yer)

  • Özbəkistan – 54,69 bal (62-ci yer)

  • Tacikistan – 27,37 bal (135-ci yer)

  • Qırğızıstan – 33,69 bal (116-cı yer)

  • Türkmənistan – 20,75 bal (166-cı yer)

Cənubi və Mərkəzi Asiya regionunda (regionun qlobal reytinqi – 6-cı yer, orta bal – 41,41) Azərbaycan 5-ci yeri tutur və Hindistan (67,9 bal), Türkiyə (58,1 bal), Qazaxıstan və Özbəkistandan sonra gəlir. Eyni zamanda, Azərbaycan Banqladeş (47,4), Pakistan (46), Şri-Lanka (44,4), Butan (38,6), Nepal (37,5), Maldiv adaları (25,9) və Əfqanıstanı (16,4) qabaqlayır.

Bu yüksəliş Azərbaycanın süni intellekt sahəsində siyasət, infrastruktur və idarəetmə sahəsində atdığı önəmli addımların göstəricisidir.

Related posts

Dəyəri 4 trilyon dollardan çox olan şirkətlər

“Google” və “Apple” yeni nəsil süni intellekt üzərində əməkdaşlıq edəcəklər

“Apple” səhmləri ardıcıl 9 gündür ucuzlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı