Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və ABŞ-ın AMD şirkəti süni intellekt sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib - BBN

Azərbaycan və ABŞ-ın AMD şirkəti süni intellekt sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-a səfəri zamanı “Advanced Micro Devices” (AMD) şirkətinin baş vitse-prezidenti Devid Vanq ilə görüşüb.

Nazirin “X” sosial şəbəkəsində paylaşdığı məlumata görə, görüşdə Azərbaycanın süni intellekt sahəsində potensialının genişləndirilməsi və regional rəqəmsal mərkəzə çevrilməsi imkanları müzakirə olunub. Tərəflər həmçinin AMD ilə birgə süni intellekt mərkəzlərinin yaradılması, tədqiqat və təhsil layihələri, uzunmüddətli strateji əməkdaşlıq və investisiya imkanları barədə fikir mübadiləsi aparıblar.

Bu əməkdaşlıq Azərbaycanın rəqəmsal sahədə inkişafına yeni təkan verəcək və regionda süni intellekt texnologiyalarının tətbiqini genişləndirmək məqsədi daşıyır.

Related posts

İKTA “Broadband Mapping” və “E-Connection” platformalarını istifadəyə verəcək

“SİMA İmza” “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiya edilib

“mygov” istifadəçilərinin sayı 5 milyonu keçib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı