Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və Bolqarıstan arasında vergi sahəsində təcrübə mübadiləsi aparılıb - BBN

Azərbaycan və Bolqarıstan arasında vergi sahəsində təcrübə mübadiləsi aparılıb

Azərbaycan və Bolqarıstan arasında vergi sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Vergi ombudsmanı xidməti baş idarəsi, Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsi, Hüquq baş idarəsi, Vergi ödəyicilərinə xidmət baş idarəsi, İnzibati şikayətlərə baxılması baş idarəsi və digər strukturların əməkdaşlarından ibarət nümayəndə heyəti Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərinə səfər ediblər.

Səfər çərçivəsində Bolqarıstanın Milli Gəlirlər Agentliyinin rəhbər vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirilib. Görüşlər zamanı DVX-nin nümayəndə heyəti tərəfindən milli təcrübə ilə bağlı təqdimatlar edilib. Təqdimatlarda Azərbaycan vergi administrasiyasının təqdim etdiyi xidmətlər, vergi ödəyicilərinin məmnuniyyət səviyyəsinin müəyyənləşdirilməsi, xidmətlərin qiymətləndirilməsi və keyfiyyət səviyyəsinin artırılması metodları, bu sahədə əsas fəaliyyət göstəriciləri və faktiki göstəricilərin uyğunluğunun yoxlanılması mexanizmləri barədə məlumat verilib. DVX-də müştəriyönümlülük prinsiplərinin tətbiqi, istifadəçi təcrübəsi laboratoriyasının (UX-laboratoriya) fəaliyyəti, yaradılmaqda olan proaktiv və situativ xidmətlər barədə məlumatlar Bolqarıstanlı həmkarların diqqətinə çatdırılıb.

Bundan başqa, DVX əməkdaşları Milli Gəlirlər Agentliyinin “Iztok” xidmət mərkəzi ilə tanış olublar. Məhkəmə və məhkəməyə qədər mübahisələrin həlli, inzibati şikayətlərə baxılması, vergi ödəyicilərinə xidmət, kameral vergi yoxlamaları və digər sahələrdə təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər Azərbaycan və Bolqarıstan vergi xidmətləri arasında yeni yaradılmış işçi qrupunun fəaliyyəti çərçivəsində baş tutub.

Related posts

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

Naxçıvanın iqtisadi potensialı və tətbiq edilən güzəştlərlə bağlı tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı