Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və Malayziya bank sektorunda institusional əlaqələrin genişləndirilməsini müzakirə edib - BBN

Azərbaycan və Malayziya bank sektorunda institusional əlaqələrin genişləndirilməsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Malayziyanın ölkəmizdəki səfiri Əhməd Kamrizamil Bin Mohd Rza və Asiya Biznes Məktəbinin Bankçılıq və maliyyə proqramları üzrə baş direktoru, iqtisadiyyat elmləri professoru Hans Genberqlə görüş keçirib.

Görüşdə qurumun peşəkar inkişafa və istedadlı kadrların hazırlanmasına yönəlmiş təşəbbüsləri, həmçinin bu istiqamətdə həyata keçirilən proqramlar müzakirə olunub.

Professor Hans Genberq isə Asiya Biznes Məktəbinin fəaliyyəti, məqsədləri, inkişaf gündəliyi və mərkəzi bankçılıq proqramları barədə məlumat təqdim edib.

Görüş çərçivəsində AMB əməkdaşlarının təklif olunan proqramlarda iştirak imkanları da nəzərdən keçirilib.

Mənbə: Mərkəzi Bank 

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı