Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və Misir biznes əməkdaşlığının genişləndirilməsini müzakirə edib - BBN

Azərbaycan və Misir biznes əməkdaşlığının genişləndirilməsini müzakirə edib

Azərbaycan və Misir arasında qarşılıqlı fəaliyyəti dəstəkləyən biznes platformalarının formalaşdırılması məsələsi müzakirə olunub.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

Məlumata görə, müzakirələr Islamic Development Bank Groupnun İllik Toplantıları çərçivəsində Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Ahmed Rostom ilə keçirilən görüş zamanı aparılıb.

Görüşdə Azərbaycan və Misir arasında iqtisadi əməkdaşlıq potensialının reallaşdırılması imkanları nəzərdən keçirilib. Tərəflər ticarət, investisiya, sənaye, enerji, turizm və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi, eləcə də işgüzar əlaqələrin inkişafına xidmət edəcək biznes platformalarının yaradılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir qeyd edib ki, iki ölkə arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi qarşılıqlı maraq doğuran sahələrdə yeni imkanlar yarada bilər.

Related posts

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib

APPLE İSTİFADƏÇİLƏRİNƏ PİS XƏBƏR: QİYMƏTLƏR ARTIR!

Sahibkarlar “Worldfood Moscow 2026” sərgisinə dəvət olunurlar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı