Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və Oman 200 milyon ABŞ dolları dəyərində Birbaşa İnvestisiya Fondunu yaradıb - BBN

Azərbaycan və Oman 200 milyon ABŞ dolları dəyərində Birbaşa İnvestisiya Fondunu yaradıb

Azərbaycan İnvestisiya Holdinqi və Oman İnvestisiya Qurumu arasında 200 milyon ABŞ dolları dəyərində Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı Səhmdarlar Müqaviləsi imzalanıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşımında bildirib ki, bu müqavilə Omana işgüzar səfər çərçivəsində imzalanıb.

Nazirin sözlərinə görə, fond ikitərəfli investisiya əməkdaşlığını gücləndirəcək və ərzaq sənayesi, səhiyyə, bərpa olunan enerji, istehlak malları və logistika kimi sahələrdə Azərbaycan, Oman, Mərkəzi Asiya və digər ölkələrdə strateji investisiya layihələrinin həyata keçirilməsinə töhfə verəcək.

Related posts

Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!

YAPONİYA ÖDƏNİŞ NƏHƏNGİ ABŞ BİRJASINDA: PAYPAY IPO-DAN $880 MİLYON CƏLB ETDİ

Azərbaycan və Avstriya iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı