
Azərbaycan İnvestisiya Holdinqi və Oman İnvestisiya Qurumu arasında 200 milyon ABŞ dolları dəyərində Birbaşa İnvestisiya Fondunun yaradılması ilə bağlı Səhmdarlar Müqaviləsi imzalanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşımında bildirib ki, bu müqavilə Omana işgüzar səfər çərçivəsində imzalanıb.
Nazirin sözlərinə görə, fond ikitərəfli investisiya əməkdaşlığını gücləndirəcək və ərzaq sənayesi, səhiyyə, bərpa olunan enerji, istehlak malları və logistika kimi sahələrdə Azərbaycan, Oman, Mərkəzi Asiya və digər ölkələrdə strateji investisiya layihələrinin həyata keçirilməsinə töhfə verəcək.





