Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və Qazaxıstan sosial sığorta sahəsində əməkdaşlığı gücləndirir - BBN

Azərbaycan və Qazaxıstan sosial sığorta sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Qazaxıstanın Dövlət Sosial Sığorta Fondu Əməkdaşlıq memorandumu imzalayıb.

BBN.az xəbər verir ki, sənədə Astanada keçirilmiş əməyin mühafizəsi və sənaye təhlükəsizliyi üzrə 14-cü Qazaxıstan Beynəlxalq Konfransı çərçivəsində imza atılıb.

Memorandum iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın inkişafına və sosial təminat sahəsində təcrübə mübadiləsinə yönəlib.

Qazaxıstan fondunun İdarə Heyəti sədrinin müavini Marat Janibekovun sözlərinə görə, memorandum ikitərəfli əməkdaşlığı, o cümlədən dövlət orqanları arasında mütəmadi qaydada təcrübə mübadiləsinin aparılmasını və beynəlxalq platformalarda fəaliyyətin əlaqələndirilməsini nəzərdə tutur.

Related posts

Dünya Bankı ilə “Yaşana bilən Bakı” layihəsi üzrə növbəti mərhələ müzakirə edilib

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı