Azərbaycan və Qazaxıstan xarici ticarətdə müsbət saldoya görə TDT-də öndə olub

2022-ci ildə Türkdilli Dövlətlər Təşkilatına (TDT) üzv ölkələr arasında Azərbaycan və Qazaxıstan xarici ticarət dövriyyəsinin müsbət saldosuna görə öndə olub. Ötən il ixracın dəyəri idxalın dəyərini Azərbaycanda 27 132,3 milyon ABŞ dolları, Qazaxıstanda isə 34,350,4 milyon ABŞ dolları üstələyib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “Türk iqtisadi icmalı”nın IV sayında bildirilir.

“İl ərzində Türkiyə iqtisadiyyatı 5,6%, Azərbaycan və Macarıstan iqtisadiyyatı 4,6%, Türkmənistan iqtisadiyyatı 6,2%, Özbəkistan iqtisadiyyatı 5,7%, Qırğızıstan iqtisadiyyatı 7%, Qazaxıstan iqtisadiyyatı isə 3,2% böyüyüb. Dövlət büdcəsinin gəlirlərinin artımı baxımından ən yaxşı göstərici Türkiyədə qeydə alınıb. Bu ölkənin büdcə gəlirləri təxminən 2 dəfə artaraq 147,122,2 milyon ABŞ dolları olub”, – deyə sənəddə deyilib. 

Related posts

Aprel-May-İyun aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

“İxrac icmalı”nın mart sayı açıqlanıb

Yanvar-Mart aylarında ABA tərəfindən keçirilmiş tədbirlər – AYLIQ İCMAL

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı