Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və Rumıniya arasında hüquqi əməkdaşlıq genişlənir - BBN

Azərbaycan və Rumıniya arasında hüquqi əməkdaşlıq genişlənir

Azərbaycan və Rumıniya arasında ikitərəfli əlaqələrin hüquqi sahədə daha da inkişaf etdirilməsi və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Vəkillər Kollegiyasından verilən məlumata görə, qurumun sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının dəvəti ilə Buxarestdə səfərdədir. Heyətin tərkibinə sədr müavini Şahmar Məmmədov və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə daxildir.

Səfər çərçivəsində nümayəndə heyəti Rumıniyanın Ədliyyə Nazirliyində görüş keçirib. Görüş zamanı Azərbaycan–Rumıniya münasibətlərinin dostluq xarakteri vurğulanıb, hüquqi əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan işlər və perspektivlər müzakirə edilib.

Rumıniya Ədliyyə Nazirliyinin Dövlət katibi Roksana Simona Momeu ölkədə həyata keçirilən ədliyyə islahatları və tətbiq olunan yeniliklər barədə məlumat verib, həmçinin iki ölkə vəkil təşkilatları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Anar Bağırov göstərilən səmimi qəbul və dəvətə görə təşəkkür edərək Rumıniyanı Azərbaycan üçün vacib tərəfdaş adlandırıb. O, siyasi və iqtisadi əməkdaşlığın hüquqi sahəyə də müsbət təsir göstərdiyini bildirib və son illərdə VK-nın fəaliyyətində əldə edilən nəticələr, o cümlədən vəkillərin sayının 3 dəfədən çox artması barədə məlumat verib.

Nümayəndə heyətinin Rumıniyada digər qurumlarla və Rumıniya Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşlərinin davam etdirilməsi, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində əlavə müzakirələrin aparılması planlaşdırılır.

Görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.

Related posts

FED-dən tariflərlə bağlı gözlənilməz açıqlama: “Yük amerikalıların yox, xarici şirkətlərin üzərinə düşür”

ABŞ-da Hökumət Yenidən Açıldı: Tramp Maliyyə Sazişini İmzaladı

Azərbaycan logistika dəhlizlərinin mərkəzinə çevrilir – “Nikkei”

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı