Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və Türkiyə arasında peşə kvalifikasiyalarının tanınması üzrə əlaqələr müzakirə edilib - BBN

Azərbaycan və Türkiyə arasında peşə kvalifikasiyalarının tanınması üzrə əlaqələr müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Türkiyə Cümhuriyyətinin Peşə Kvalifikasiyası Qurumunun nümayəndələri (Mesleki Yeterlilik Kurumu) arasında görüş keçirilib.

Görüşdə Agentliyin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev və Peşə Kvalifikasiyası Qurumunun sədri Mustafa Necmi İlhan ölkələrimiz arasında peşə kvalifikasiyalarının tanınması üzrə əlaqələrdən bəhs edib.

Cəmaləddin Quliyev Agentliyin fəaliyyəti haqqında məlumat verib, peşə kvalifikasiyalarının tanınması məqsədilə bir sıra işlərin görüldüyünü, peşə və kvalifikasiya standartları reyestrinin yaradıldığını vurğulayıb.

Mustafa Necmi İlhan da öz növbəsində Türkiyədə işçi qüvvəsinin peşəkar bacarıqlarının tanınması və beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində aparılan islahatlar və görülən işlər barədə geniş məlumat verib.

Qeyd edək ki, Mesleki Yeterlilik Kurumu Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərir. Təşkilatın fəaliyyətinin əsas məqsədi işçi qüvvəsinin peşələr üzrə bacarıqlarını təkmilləşdirmək və iş təcrübəsini beynəlxalq standartlara uyğun hala gətirməkdir.

Related posts

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti “Money Forward, Inc.” şirkəti ilə görüş keçirib

ABA nümayəndələri Yaponiyanın Zengin-Net ödəniş sistemi ilə tanış olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı