Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və Türkiyə iş adamları arasında B2B görüşlər keçirilib - BBN

Azərbaycan və Türkiyə iş adamları arasında B2B görüşlər keçirilib

100-dən çox sahibkarın iştirak etdiyi görüşdə Azərbaycan və Türkiyə arasında biznes əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu imkanları müzakirə edilib.

Türkiyə İxracatçılar Məclisinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyə və Azərbaycan iş adamlarının iştirakı ilə biznes görüş keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunan tədbirdə Türkiyə İxracatçılar Məclisinin vitse-prezidenti Ahmet Fikret Kileci, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı iki ölkə arasında iqtisadi əlaqələr, işgüzar dairələr arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüblər.

Hər iki ölkədən xidmət, qida, avtomobil sənayesi, İKT, kimya, qara və əlvan metallurgiya və s. sektorlarda fəaliyyət göstərən 100-ə yaxın iş adamının iştirak etdiyi görüşdə qarşılıqlı əməkdaşlıq və investisiya qoyuluşu imkanları, KOB-lar arasında əlaqələrin qurulması müzakirə edilib.

Tədbir çərçivəsində həmçinin ölkəmizin əlverişli investisiya mühiti, sərmayə qoyuluşu və ixrac potensialı barədə məlumat verilib, iş adamaları arasında B2B və sahəvi görüşlər keçirilib.

Related posts

SoftBank-dən nəhəng maliyyə addımı: OpenAI səhmləri qarşılığında 10 milyard dollarlıq kredit götürüldü!

Neft bazarında kəskin artım davam edir: İranın Hörmüz təşəbbüsü qiymətləri sərt şəkildə yuxarı qaldırır!

Mizuho Amerika bazarları üzrə “Top Picks” siyahısını yenilədi: Yüksək inam doğuran yeni səhm ideyaları açıqlandı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı