Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan və Türkiyənin Elmi-tədqiqat institutları birgə layihə həyata keçirirlər - BBN

Azərbaycan və Türkiyənin Elmi-tədqiqat institutları birgə layihə həyata keçirirlər

Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda Türkiyənin Alata Bağçılıq Elmi-Tədqiqat İnstitutunun nümayəndələri ilə birgə müzakirələr aparılıb.

Görüş Elmi-tədqiqat institutlarının birgə həyata keçirdiyi “Ekstremal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və uyğunlaşdırılması vasitəsilə davamlı kənd təsərrüfatı istehsalının təmin edilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Layihə iqlim dəyişikliyinin təsirləri kontekstində çəyirdəkli meyvələrdə, xüsusilə də ərik ağaclarının yetişdirilməsində ortaya çıxan texniki və iqtisadi çətinlikləri aradan qaldırmaq məqsədi daşıyır. Bunu təmin etmək üçün mobillik və təlim proqramları təşkil olunacaq.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlı qonaqlara Azərbaycanda kənd təsərrüfatının, xüsusilə meyvəçiliyin mövcud vəziyyəti, prespektivləri haqqında ətraflı məlumat verərək, həyata keçiriləcək layihənin əhəmiyyətini vurğulayıb.

İnstitutun fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələri əks etdirən təqdimatın nümayişindən sonra türkiyəli mütəxəssislər istixana və laboratoriyaların fəaliyyəti ilə yaxından tanış olub, Zərdabi adına Elmi-Təcrübə Bazasında salınmış ərik bağında məhsul yığımını müşahidə ediblər.

Daha sonra qonaqlar institutun həyata keçirdiyi “Ağıllı bağ” layihəsi və superintensiv fındıq bağı ilə tanış olub, həmçinin ərik istehsalı ilə məşğul olan fermerin təsərrüfatına baş çəkiblər.

Related posts

Ekspert: Meyvə-tərəvəz qiymətlərində artım qaçılmazdır, lakin səbəb təkcə gübrə deyil

Avropada Faiz Qərarı Gözləmə Mövqeyində: Kristin Laqarddan “Ehtiyatlılıq” Mesajı

Asiya Bazarlarında “Sükut”: İranla Danışıqlar və ABŞ-dan Gələcək Kritik Qərar Gözlənilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı