Azərbaycan və Türkmənistan ilk dəfə sığorta sahəsində əlaqələr quracaq

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev Türkmənistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmed Elyasov ilə görüşüb.

Görüşdə Azərbaycan-Türkmənistan dövlətləri arasında müxtəlif sahələr üzrə mövcud olan qarşılıqlı münasibətlərə toxunulub və iki ölkə arasında sığorta sahəsində qarşılıqlı əlaqələrin ilk dəfə qurulacağı vurğulanıb.

ASA-nın icraçı direktoru Elmar Mirsalayev səfirə sığorta sahəsində görülən işlər, nailiyyətlər və sektorun beynəlxalq əlaqələri haqda məlumat verib. İcraçı direktor ASA-nın təşəbbüsü və 5 türk respublikasının sığorta birliklərinin üzvlüyü ilə qurulan, habelə yaxın vaxtlarda Türk Dövlətləri Təşkilatının himayəsinə daxil olacaq Türk Dünyası Sığorta Birliyi haqqında da danışıb.

Türkmənistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmed Elyasov sığorta xidmətlərinin vacibliyinə toxunaraq bu istiqamətdə görülən işləri, o cümlədən Türk Dünyası Sığorta Birliyinin fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkmənistanın sığorta sektoru arasında əlaqələrin qurulması yönündə razılıq əldə olunub.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı