Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb - BBN

Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb

Son 1 ildə Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr texnologiya, enerji və dövlət sektorları olub.

BBN.az  xəbər verir ki, bunu ​”Mastercard”ın Şərqi Avropa, Yaxın Şərq və Afrika üzrə Kibertəhlükəsizlik Məhsullarının İdarə Edilməsi üzrə Direktoru Suheyl Hamavıoğlu Bakıda keçirilən “Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, araşdırma 2025-ci ilin iyul ayından 2026-cı ilin iyun ayına qədər olan dövrü əhatə edib: “Bir il əvvəl çox güman ki, maliyyə sektorunu birinci və ya ikinci sırada görərdik. Lakin hazırkı mənzərə fərqlidir. Texnologiya, enerji və dövlət sektorlarının ön plana çıxması dünyada baş verən geosiyasi və iqtisadi proseslərin kibertəhlükəsizlik mühitinə təsirini aydın şəkildə göstərir. Hesabat dövründə ən çox hücuma məruz qalan aktivlər isə Azərbaycanda müxtəlif sənaye sahələrində fəaliyyət göstərən şirkətlərin biznes sistemləridir (52 %). Buraya əsas əməliyyat mühitləri (core environments), bank və mobil tətbiqlər, eləcə də digər kritik biznes proqramları daxildir. Biznes sistemlərindən sonra ən çox hədəf alınan kateqoriya fiziki aktivlərdir (20 %). Bu da təşkilatların həm rəqəmsal, həm də fiziki infrastrukturunun kibertəhlükəsizlik baxımından xüsusi risk altında olduğunu göstərir. Hücuma məruz qalanlar arasında ​Müştərilərin Şəxsi Məlumatları (14 %), ​Müştəri Xidmətləri (8 %) və ​Əqli Mülkiyyət (6 %) də olub. ​Azərbaycanın milli Süni İntellekt təşəbbüsləri, genişlənən şəbəkə bağlantısı və rəqəmsal platformalarla dəstəklənən davamlı rəqəmsal transformasiyası kritik sektorlar üçün hücum sahəsini artırır. Bu isə kibertəhlükəsizlik dayanıqlılığını və hazırlığını getdikcə daha vacib bir milli prioritet halına gətirir”.

“Hücumların 54 %-i Azərbaycandakı dövlət və texnologiya sektorlarını hədəf alır. Ən çox hücuma məruz qalan sektor 26 %-lə texnologiya sektoru (​Proqram təminatı, texnoloji avadanlıqlar, yaddaş və periferiya qurğuları, elektron avadanlıqlar, cihazlar və komponentlər) olub. Onu 23 %-lə ​Enerji (neft-qaz və elektrik təsərrüfatı), 21 %-lə ​dövlət (Dövlət idarəçiliyi və qeyri-kommersiya təşkilatları), 18 %-lə ​maliyyə və 12 %-lə media sektorları izləyib”, – deyə “Mastercard” rəsmisi əlavə edib.

Bundan başqa, o deyib ki, son 1 ildə Azərbaycana olan kiberhücumların 36 %-ni Asiya mərkəzli kiber döyüşçülər (Cyber Warrior – 4 ölkə) həyata keçirib: “Onlar əsasən müşahidə proqramı satıcıları olub. Bundan başqa, Azərbaycana qarşı kiberhücumların 29 %-ni regiondakı böyük dövlətlərin dəstəklədiyi qruplar (State Sponsored), 18 %-ni mütəşəkkil cinayətkarlar (Organized Crime), 14 %-ni “​qara papaqlı” hakerlər (Black Hat), 3 %-ni isə təcrübəsizlər və yaxud həvəskarlar (Unskilled) həyata keçirib”.

Related posts

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir

Azərbaycan Türkiyə ilə maliyyə sektorunda innovativ həllərin geniş tətbiqini müzakirə edib

AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı