Azərbaycana yatırılan investisiyaların həcmi 360 mlrd. dolları ötüb

İndiyədək Azərbaycana yatırılan investisiyaların ümumi həcmi 360 milyar ABŞ dollarından çox olub, bunun da təxminən yarısı xarici investisiyaların payına düşüb.

BBN.az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

O bildirib ki, xarici sərmayədarların aktiv iştirakı ilə yaşıl enerji, kənd təsərrüfatı, sənaye, nəqliyyat, logistika, rəqəmsallaşma,
turizm və digər sektorlarda layihələr həyata keçirilir.

“Son 6 il ərzində qeyri-neft ixracı 2 dəfə artıb. Bu da ölkəmizdə rəqabət qabiliyyətinin yüksəlməsinin göstəricisidir” – deyə nazir müavini əlavə edib.

apa

Related posts

İKTA internet provayderlərinin internet sürət göstəricilərini dərc edib

Azərbaycan–Türkiyə arasında ixrac prosedurlarında dəyişiklik edilir

Azərbaycan İtaliyaya investisiya qoyuluşunu 2 dəfə artırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı