Azərbaycanda əhali bir ayda geyimə 666 mln. manat pul xərcləyib

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 4 milyard 547.7 milyon manat vəsait xərclənib.

BBN.az Dövlət Statistika Komitəsinin hesabatına əsasən bildirir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.3% və ya 533.3 milyon manat çoxdur.

Qeyd edək ki, cari ilin avqust ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 666 milyon manata bərabər olub.

Xatırladaq ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 12.7%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 0,3 faiz bəndi azdır.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı