Azərbaycanda əhalinin banklardakı əmanətləri artıb

Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 20,3 faiz artaraq cari ilin iyulun 1-nə milli valyuta ekvivalentində 12 milyard 748,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən BBN.az-a bildirilib ki, əmanətlərin 63,4 faizi milli, 36,6 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27,7 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 9,4 faiz artıb.

İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,88 (1,84) manata, 100 türk lirəsinə 6,44 (8,31) manata, 100 rus rubluna 1,88 (2,16) manata bərabər olub.

Related posts

“Kapital Bank”ın aktivləri 10,1 milyard manata çatıb

Kriptovalyutaların son 24 saatda qiymətləri necə dəyişib?

“Kredit işi Ekspert Qrupu” üzvlərinin AMB nümayəndələri ilə görüşü keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı