Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 9,2 milyard manata çatıb - BBN

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 9,2 milyard manata çatıb

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard 178 milyon manat təşkil edib.

BBN.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,5% artıb.

Hesabat dövründə hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 891,1 milyon manat dəyərində xidmət göstərilib. Bu, ümumi xidmətlərin 75,1%-ni təşkil edib.

Yanvar-iyul aylarında ölkə üzrə hər bir sakin orta hesabla 894 manatlıq ödənişli xidmətdən istifadə edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 105 manat çoxdur.

Related posts

Stablecoin-lər beynəlxalq pul köçürmələrini həqiqətən ucuzlaşdırırmı?

Böyük Britaniyada fintech investisiyaları 10 ilin minimumuna düşüb, AI isə payını artırır

“S&P”: TRIPP regionda əlaqələri gücləndirəcək, ticarət və investisiyaları dəstəkləyəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı