Bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 432,7 min vahid artaraq 2024-cü ilin mart ayının 1-nə 1 milyon 834,629 minə çatıb.
BBN.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 381,5 min vahid artaraq 921 min 383 təşkil edib.