Azərbaycanda əmtəəlik qaz kondensatının istehsalı 7%-dək artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 1 369,42 min ton qaz kondensatı hasil edilib ki, bu da illik müqayisədə 6,2% çoxdur.

BBN.az Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatının 1 366,9 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 6,6% artım deməkdir.

Xatırladaq ki, 2023-ci ildə Azərbaycanda 5 215,84 min ton qaz kondensatı hasil edilib, bu da illik müqayisədə 3,92% çoxdur. Ötən il Azərbaycanda istehsal edilən qaz kondensatının 5 190,25 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 4,06% artım deməkdir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Birinci yarımildə Energetika Nazirliyi və tabeli qurumlara 4167 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı